Bakıda generalın oğlunun, baş infeksionistin və digərlərinin evlərini yaran alpinist-oğru YÜZ MİNLƏRLƏ MANAT APARIB, ÇOX PEŞƏKAR İŞLƏYİRMİŞ...

29 Oktyabr 2021, 18:07
29 Oktyabr
2021
18:07
994
Alpinist bacarıqlarından istifadə edərək Bakıda, əsasən, yeni tikilmiş çoxmərtəbəli binalardan oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov məhkəmə qarşısına çıxarılıb. Amma o, xaricdə alpinizm kurslarına getməsi, mənzillərin eyvanlarına kəndirlə düşməsi, qapıları xüsusi vasitələrlə açması və s. haqda danışmaq istəməyib. Deyir ki, iki həftə öncə saxlandığı istintaq təcridxanasında çarpayıdan yıxılıb. Bu səbəbdən baş verənlər yadında qalmayıb.

Təqsirləndirilənlər...
Elə vəkili də onun psixi xəstə olduğunu deyir. "Azadlıq” radiosunun reportajına əsasən oktyabrın 28-də məhkəmədə Süleymanovun psixiatrik ekspertizadan keçirilməsi haqda vəsatət qaldıran vəkilin sözlərinə görə, o, istintaq təcridxanasında özünə xəsarət yetirməyə meylli şəxs kimi nəzarətə götürülüb. Çünki bir müddət öncə özünə xəsarət yetirib.
Vəkil bildirib ki, müvəkkili istintaq dövründə psixiatrik ekspertizadan keçirilib.
Ekspert rəy verib ki, Süleymanov psixi xəstəlikdən əziyyət çəksə də, hadisələr baş verəndə öz hərəkətlərinin nəticəsini dərk edəcək durumda olub: "Cavid Süleymanov psixi xəstəliyi ilə əlaqədar dəfələrlə müalicə alıb. Sonuncu dəfə 2020-ci ildə də xroniki psixi xəstəliyə görə Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya yerləşdirilib, orada müalicə alıb. Belə xəstələr ağlagəlməz təhlükəli hərəkətlərə meylli olur. Biz onunla bağlı ekspertizanın rəyini natamam hesab edirik, təkrar ekspertiza təyin olunmasını istəyirik".
Məhkəmə bu vəsatəti hələlik baxılmamış saxlayıb. Çünki əvvəlki rəy tədqiq olunmayıb.
Süleymanovla əlbir olmaqda təqsirləndirilən Əhməd Əhmədov isə deyir ki, oğurluq hadisələrində taksi rolunda iştirak edib, özünü yalnız buna görə təqsirli bilir.
Onun sözlərinə görə, Süleymanov hara gedəcəyini, arxasınca nə vaxt gəlmək lazım olduğunu ona deyib, o da aparıb-gətirib. Amma həmişə eyni avtomobildən istifadə etməyiblər. Məsələn, oğurluq olan ünvana bir avtomobillə aparıbsa, başqa avtomobillə gətirib.
"Hər dəfəyə təxminən 1500-2000 manat pul verirdi. Cəmi 30 min manata yaxın pul verib. Cavidi 2006-cı ildən tanıyırdım. Onda mən zərgərlik sexində işləyrdim, o da ora gəlmişdi. Sonra hərbi xidmətə getdim, 2011-ci ildə qayıtdım, "Moskva" Univermağında işlədim. 2018-ci ildə mənə təklif elədi ki, belə bir iş var, sən heç nəyə qarışmayacaqsan, sadəcə aparıb-gətirəcəksən...", – Əhmədov ifadəsində belə deyib.

O əlavə edib ki, öncə razılaşmayıb, bir ilə yaxın düşünüb. Lakin pula ehtiyacı olduğuna görə sonradan razılıq verib.
Bu cinayət işində zərərçəkmiş kimi adı keçənlər sırasında tanınmışlar da var: futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev...

Ceyhun Sultanov
Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzildən təxminən 150 min manatlıq qızıl və pul oğurlanıb. Keçmiş baş infeksionistə 114 min, futbolçuya isə 5 min manat ziyan dəyib.
Zərərçəkmişlərdən Ağaşirin Əkbərov baş verənlər haqda məhkəmədə bunları deyib: "Rayona getmişdik, qar yağdı deyə, qayıdası olmadıq. Adətən, pulu özümlə götürərdim. Bu dəfə fikirləşdim ki, yoldur, hadisə olar, evdə qalsa, yaxşıdır. Elə bil, bunlar üçün qoyub getmişdim...".

Cəlal İsayev
Cavid Süleymanovun istintaqa ifadəsində bildirilir ki, o, 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Öyrəndiyi vərdişlər sayəsində də çoxmərtəbəli binaların damından kəndir vasitəsilə mənzillərin eyvanına düşüb. Amma iz azdırmaq üçün mənzillərin giriş qapılarını da sındırıb ki, oğrunun mənzilə qapıdan daxil olduğu ehtimal edilsin.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, iz buraxmamaq, kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında kitablar da oxuyub.
"Cavid Süleymanov əvvəlcə müşahidələr aparıb, mənzildə yaşayış olub-olmadığını, ev sahiblərinin nə vaxt gəlib-getdiyini müəyyənləşdirib. Binaların sxemlərini hazırlayaraq plan qurub. Saxlanılan zaman Cavid Süleymanovun çantasından həmin sxemlərin qeyd edildiyi dəftərlər, müxtəlif binaların şəkilləri çəkilmiş fotoaparat aşkarlanıb. O, oğurluq nəticəsində əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evdə yaratdığı zərgərlik emalatxanasında əridib yeni əşyalar düzəldərək satıb", – ittihamda belə yazılıb.
Süleymanov və Əhmədov CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”