Bakıda gənc oğlan etirazını intihata cəhd etməklə göstərdi

Bakıda gənc oğlan etirazını intihata cəhd etməklə göstərdi
Загрузка...

Bu gün axşam saatlarında Bakıda gənc oğlan restoran binasının damına çıxaraq intihara cəhd edib.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda "Neftçilər” metro stansiyasının yaxınlığında baş verib.

Şahidlərin bildirdiyinə görə, özünə qəsd etmək istəyən gənc bir neçə saatdır binanın damındadır. Ətrafdakı insanların müdaxiləsi nəticə verməyib, gənci intihar etmək fikrindən polis əməkdaşları daşındırıb.

Bildirilir ki, gəncin intihar cəhdinin səbəbi məhəllələrində qurulan yarmarka olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir ki, paytaxtın Nizami rayonunda bir nəfərin dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Qeyd olunur ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Загрузка...
Загрузка...

Xəbər lenti