Bakıda faciə: 4 nəfər dənizdə batdı Bakıda faciə: 4 nəfər dənizdə batdı

Bakıda faciə: 4 nəfər dənizdə batdı
Загрузка...
Bakıda çimərlikdə faciə baş verib. Hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, Pirşağı çimərliyində 3 nəfər dənizdə batıb. Onlardan 1 nəfərin meyidi sudan çıxarılıb, digərlərinin axtarışı davam edir. 
 
+++
 
Bakı Şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sahilində 4 nəfər boğularaq ölüb. Publika.az xəbər verir ki, sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə giriblər. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balababa Babayev dənizdə boğularaq ölüb. Onlardan Kamran və Muradın meyiti artıq tapılaraq ailəsinə təhvil verilib. Digər iki şəxsin axtarışı isə davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti