Göreşənlər tutuldu

Göreşənlər tutuldu
Загрузка...

Şəkidə qəbiristanlıqda qəbirlərin üzərində təhqiredici hərəkətlər edən rayon sakinləri həbs edilib.  Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 15-i rayonun Baş Göynük kənd qəbiristanlığında qəbirlərin üzərində təhqiredici hərəkətlər edilməsi, üzərində ərəbcə yazı olan qədimi qəbirin dağıltmaqla  və oradan oğurluğa cəhd göstərilməsi barədə Şəki ŞRPŞ-ə müraciət daxil olub.  

 Müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin Baş Göynük kənd sakinləri 1956-cı il təvəllüdlü, Məmməd Həmid oğlu İsmayılov və 1972-ci il təvəllüdlü  Çingiz Abdulrəhman oğlu Abdulrəhmanovun olduğu müəyyən edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Criminal.az

Xəbər lenti