Bakıda ərini öldürən qadın həbsdə qaldı

Bakıda ərini öldürən qadın həbsdə qaldı
Загрузка...

Nərimanov rayon Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilən vəsatətə baxılıb. 

Oxu.Az xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, V.Orucovanın vəkilinin vəsatəti təmin edilməyib. 

 

Qeyd edək ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb. İstintaqa ifadə verən Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib. 

Загрузка...
Загрузка...

Xəbər lenti