Bakıda əri tərəfindən döyülən gənc qadın xəstəxanada öldü

Bakıda əri tərəfindən döyülən gənc qadın xəstəxanada öldü
Загрузка...
Bakıda ər arvadını öldürüb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda baş verib. Goranboy rayon sakini, 29 yaşlı Yavər Əliyev dekabrın 26-da Zabrat-Pirşağı şossesinin "İstixana" deyilən ərazisində yolun kənarında arvadı, 24 yaşlı Nurənə Əliyevanı qısqanclıq zəminində yumruq və təpiklə döyüb.
N. Əliyeva yerləşdirildiyi 3 saylı Şəhər Klinik Xəstəxanasında dekabrın 28-də vəfat edib. Meyitin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti