Bakıda ərəblərin fahişələrlə əyləndiyi mənzilə basqın edənlər tutuldu

Bakıda ərəblərin fahişələrlə əyləndiyi mənzilə basqın edənlər tutuldu
Загрузка...
Bakıda ərəblərə qarşı quldurluq edən şəxslər tutuldu. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Criminal.az saytına bildridi ki, cinayət hadisəsi Səbail rayonunun Üzeyir Hacıbəyov küçəsində avqustun 5-də gecə saatlarında baş verib.
Səudiyyə vətəndaşlarına qarşı quldurluq əməli törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü V.Abbasov, Kürdəmir sakinləri – Ş.Abdullayev, 1996-cı il təvəllüdlü A.Qəmbərova, Biləsuvar rayon sakini E.Ağakərimov DİN-in Baş Cinayət Axtarış İdarəsi, Növbətçi Hissə, Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ CAİ, Səbail RPİ CAŞ və 39-cu PB əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
Səbail RPİ İstintaq şöbəsində şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış, istintaq tədbirləri ilə quldurluq yolu ilə talanan 1700 manat pul və 5 ədəd mobil telefon müəyyən olunaraq sahiblərinə qaytarılmaqla, dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.
E.Hacıyev diqqətə çatdırıb ki, qeyri-aşkar şəraitdə törədilən ictimai təhlükəli əməlin polis tərəfindən aşkarlanmaması üçün bütün mümkün imkanlardan istifadə edən cinayətkar qrup "isti izlərlə” yaxalanaraq, onların əməlləri tam subuta yetirilib. Şübhəli şəxslərdən, ictimai təhülkəli əməlin istintaqla təşkilatçısı sübuta yetirilən Ş.Abdullayevin həyat yoldaşı A.Qəmbərovanın himayəsində azyaşlı uşaq və hamilə olması səbəbindən həbs-qəti imkan tədbiri polisin nəzarəti altına verilmə ilə əvəz olunub. Digər şəxslər barəsində cinayət işi üzrə əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir, onların barəsində həbs-qəti imkan tədbiri seçilib. Onların digər ictimai təhlükəli əməllərdə əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir. 
Criminal.az xatırladır ki, hadisə baş verən mənzili Səudiyyə Ərəbistanı vətəndaşları - 1998-ci il təvəllüdlü Əlibaba Əli Həsən və onun həmyaşıdı Əlsaəəd Məhəmməd Əbdülrahim kirayəyə götürüblərmiş. Basqın zamanı əcnəbi turistlər yerli fahişələrlə eyş-işrətlə məşğul olduqlarına görə cinayətkarların gəlişi onlar üçün gözlənilməz olub.
Загрузка...
Загрузка...

Xəbər lenti