Bakıdakı marketdə satıcı qadın ölümcül hala salındı

Bakıdakı marketdə satıcı qadın ölümcül hala salındı

 Bakının Sabunçu rayonunda yerləşən marketdə qan tökülüb. Criminal.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində yerləşən marketdə satıcı işləyən 35 yaşlı Pərvanə Qurbanova ölümcül vəziyətə salınıb. Dünən saat 18 radələrində 33 yaşlı Fariz Məmmədov marketə daxil olaraq Pərvanəyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyətdə xəstəxanaya yerləşdirilib.  F.Məmmədov könüllü olaraq polisə təslim olub.  

 Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126.1-ci) maddəsi ilə cinayət işi başlanıb.  F.Məmmədovun satıcı qadını bıçaqlamasının səbəbi açıqlanmır. 

Criminal.az

Xəbər lenti