Bakıda kişini bizlə deşik-deşik etdilər

Bakıda kişini bizlə deşik-deşik etdilər
Загрузка...

Bakıda kişini bizlə deşik-deşik ediblər. Onun bədəninə bizlə 20-yə yaxın zərbə vurublar. Criminal.az xəbər verir ki, cinayət Qaradağ rayonunun Qobustan qəsəbəsində törədilib. Naməlum şəxs qəsəbə sakini Rəfayel Rəhmanov axşam evində küçəyə çağırıb. Sonra isə bizlə ona xəsarət yetirdikdən sonra qaçıb. 

Yaralı R.Rəhmanov xəstəxanaya yerləşdirlib. Həkimlər onun bədənində 20-yə yaxın biz yarası sayıblar. 

Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşları cinayəti törətməkdəşübhəli bilinən Qobustan sakini Rəşad Həsənovu tutub. Onun qisas xarakterli cinayətinin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır. 

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti