Bakıda dünən dənizdə boğlulan 4 dost - 2 gün əvvəl toyu olubmuş...

Bakıda dünən dənizdə boğlulan 4 dost - 2 gün əvvəl toyu olubmuş...
Загрузка...
İyulun 28-də Pirşağı çimərliyində 4 nəfər batıb. Musavat.com xəbər verir ki, dənizdə boğulanlar dost olub. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləridir. Məlumata görə onlardan ikisinin meyiti hadisədən bir neçə dəqiqə sonra çıxarılıb. Onların cənazəsi ailə üzvlərinə təhvil verilib. Axşam saatlarından FHN əməkdaşları araşdırmaları davam etdirir. Onların tapılıb-tapılmaması barədə hələ ki, dəqiq məlumat yoxdur.
Əldə etdiyimiz məlumata görə dünyasını dəyişən gənclərin yanında daha 3 dostu olub. Onların hamısı eyni anda boğulmaq təhlükəsi ilə üz-üzə qalıblar. 3 nəfər dənizdən çıxa bilsə də, 4 nəfər suda boğulub. Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.
Qeyd edək ki, dünən Bakıda ümimi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişib.
Загрузка...
Загрузка...

Xəbər lenti