Bakıda direktor müəllimi polisə verdi: "Deyir ki, sən bura məqsədli göndərilmiş bombasan..." Bakıda direktor müəllimi polisə verdi:

Bakıda direktor müəllimi polisə verdi:
Загрузка...
"Direktora deyiblər ki, uzağı iki ay məktəbdə rəhbər kimi qala biləcəksən, İbrahim müəllim təhsil naziri ilə görüşmüş insandır..."
Azərbaycanda poliqlot kimi tanınan, 30-dan artıq xarici dil bilən müəllim İbrahim Cəfərov işlədiyi məktəblərdə direktorlar tərəfindən təzyiqlərə məruz qaldığını deyir. Criminal.az saytına müraciət edən İ.Cəfərovun sözlərinə görə, hazırda işlədiyi Bakı şəhəri 169 saylı məktəbdə də direktorun qəzəbinə tuş gəlib:
"Rus dili müəllimiyəm. Poliqlotam. 2019-cu ildə müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edib 169 saylı məktəbə qəbul olunmuşam. Lakin həmin məktəbə sənədlər gətirəndən başıma problemlər gətirilir. Sənədlərimi məktəbə təqdim edəndə direktor Pərvanə Əzimova məni sorğu-sual etdi ki, niyə sənədlərimi bu məktəbə vermişəm. Guya məktəbin yerləşdiyi Bakıxanov qəsəbəsi kriminal yerdi, valideynləri çətindir. Direktor sənədlərimi qəbul etmədi və sentyabrda yaxınlaşmağı məsləhət gördü. Dərs saatının az olduğu, necə dolanacağımı soruşanda isə həmin saatla qane oldum. Lakin dərs mövsümü başlasa da, məni bir həftə dərsə buraxmadılar. Daha sonra dərsə başlasam da, bundan sonra təzyiqlər başladı". 

İbrahim Cəfərov 
Müəllim deyir ki, ona qarşı təzyiqlər sonra polisə çağırılmasına qədər davam edib: "Oktyabrın 17-də məni polisə çağırdılar. 13-cü polis bölməsinə getdim, orada da bildirdim ki, məndən edilmiş şikayət şər-böhtandır. Bunu öz işgüzar nüfuzuma zərbə kimi qiymətləndirirəm. Daha sonra Sabunçu rayon Polis İdarəsinə çağırıldım. Polisə verilməyim, məktəbə polis çağırılmasında məqsəd məni şagirdlərin gözündə cinayətkar kimi göstərməkdir. Bu məsələnin kökündə mənim məktəbdə dərs saatının fakti daha çox olduğunu müəyyən etməyim, direktor Pərvanə Əzimovanın uşaqlara 3 il ərzində faktiki olaraq dərs keçməməyini aşkara çıxarmağımdır. Şagirdlərin dərs vaxtı kitabxanaya köməklik etməsinə etirazım olub. Şagirdin dərsdə olmasını tələb edirəm. Deyirlər ki, guya mən məktəbə göndərilmiş bombayam. Direktora deyiblər ki, sən uzağı iki ay burda qala biləcəksən. İbrahim müəllim təhsil naziri ilə görüşmüş insandır. Sənə problem yaradacaq". 

Pərvanə Əzimova 
"Məktəbdə uşaqlara təmənnasız materiallar gətirirəm. Sabunçu polisində də materiallların təmənnasız şagirdlərə gətiriməyimin nə dərəcədə cinayət olmasını soruşdum. Bu polislərdə də gülüş doğurdu. Bildirdilər ki, sən öz cibindən xərc çəkib şagirdlərə əlavə dərs vəsaitləri gətirirsən, burda heç bir qəbahət yoxdur. Mən bunları uşaqların savadlı olması üçün edirəm. 30 dil bilməyimə baxmayaraq nə üçün orta məktəbdə dərs deməyə üstünlük verməyim də çoxlarında sual yaradır. Mən düşünürəm ki, orta məktəbdə 300 uşağa dərs keçsəm bu daha faydalı olar, nəinki 5-6 nəfərə öz kommerisaya maraqlarımı güdməklə. Lakin direktor bu imkanı da əlimdən alır. Direktor pulsuz hazırlıq keçməyimə də mane olur. Mənim savadıma şübhə ilə yanaşırlar, deyirlər ki, kənddən gəlmişəm. Mənə qarşı təzyiqlərə son qoyulsun və savadımla maraqlansınlar"-deyə İ.Cəfərov bildirdi.
Direktor P.Əzimovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Bildirildi ki, direktor siniflərdə yoxlama aparır.  
 


Загрузка...
Загрузка...

Xəbər lenti