Özünü yandıran taksi sürücüsünün son sözləri:“Məni buna QAİ Ramin məcbur etdi”

Özünü yandıran taksi sürücüsünün son sözləri:“Məni buna QAİ Ramin məcbur etdi”
Загрузка...

Dünən gecə saat 23:00 radələrində 27 yaşlı Məqsəd adlı taksi sürücü üstünə benzin tökərək özünü yandırıb.

Criminal.az-ın Moderator.az-a istinadən yaydığı xəbərdə deyilir ki, hadisə Sumqayıtda-“Nərimanov” adlandırılan ərazidə baş verib.

Ətrafdakılar taksi sürücüsünə kömək etməyə çalışsalar da onu xilas etmək mümkün olmayıb.

Özünü yandıran şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da vəziyyətinin ağır olduğunu əsas gətirərək onu xəstəxanaya qəbul etməyiblər. Bakıya aparılan taksi sürücüsü yolda dünyasını dəyişib.

Məqsəd ölməmişdən qabaq “məni buna QAİ Ramin məcbur etdi” deyib.

Qeyd edək ki, mərhumun iki azyaşlı uşağı var.Sentyabrın 20-də saat 02 radələrində Sumqayıtdakı "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilanrayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb.   

Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Criminal.az
Загрузка...
Загрузка...

Xəbər lenti