Günəşlidə evə quldur basqını: Araz Sofiyev öldürüldü, arvadı ağır yaralandı

Günəşlidə evə quldur basqını: Araz Sofiyev öldürüldü, arvadı ağır yaralandı
Загрузка...
Bakıda naməlum şəxslər evə basqın ediblər. Unikal.org-un məlumatıan görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib. İki nəfər naməlum şəxs 1979-cu il təvəllüdlü Araz Sofiyev və həyat yoldaşı Rəna Sofiyevanın yaşadıqları evdə hücum edib. Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər.
Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Naməlum şəxslər evdən 5000 ABŞ dolları aparıblar. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Hüquq-mühafizə orqanlarından virtualaz.org-a bildiriblər ki, hələlik Günəşlidə quldur basqını zamanı Araz Sofiyevin öldürülməsi, arvadı Rəna Sofiyevanın isə yaralanması hadisəsi ilə bağlı saxlanılan yoxdur. Evdən 5 min dolların oğurlanması isə fərziyələrdən yalnız biridir. Digər versiyalar istintaq sirri olduğundan gizli saxlanılır. Sofiyevlərin 16 yaşlı oğlu var, amma hadisə baş verən vaxt evdə olmayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti