Bakıda daha bir xanım məmur mehmanxana tikdirir

Bakıda daha bir xanım məmur mehmanxana tikdirir
Загрузка...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Kəmalə Ocaqova Rasim qızı mehmanxana binası tikdirir. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, mansardı ilə birlikdə 4 mərtəbədən ibarət olacaq mehmanxana Səbayel rayonu Mərdanov qardaşları küçəsi 8-də yerləşir. 

Tikintiyə bu ilin iyul ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə verilib. Ümumi sahəsi 5136,44 kvadrat metr olan mehmanxana binası "Kon-Lay Proyect" MMC tərəfindən layihələndirilib. 

Cavanşir Həsənlinin yaydığı digər məlumata görə isə, Milli Məclisin sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədov Bakının Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında zirzəmisi daxil olmaqla 4 mərtəbəli obyekt tikdirir. "20 sot sahədə aparılan tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin iyununda icazə verilib. Ümumi sahəsi 16783,3 kvadrat metr nəzərdə tutulan binanın layihəsi "AS-KO" MMC tərəfindən hazırlanıb”.

Xəbər lenti