Bakıda daha bir baş həkim həbs edildi Bakıda daha bir baş həkim həbs edildi

Bakıda daha bir baş həkim həbs edildi
Azərbaycanda daha bir baş həkim həbs edilib. Criminal.az xəbər verir ki, həbs edilən 1 saylı Dəri Zöhrəvi Dispanserin baş həkimi Rəşad İsmayılovdur. 
Xəstəxananın həkimlərinin Criminal.az-a verdiyi məlumata görə, onu dünən iş başında qandallayıblar. R.İsmayılov hazırda Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən Müvəqqəti Saxlama Təcridxanasındadır.
Onun hansı səbəbdən tutulması açıqlanmasa da, Criminal.az-a R.İsmayılov haqda olduqca sensasion məlumatlar daxil olub. Gün ərzində həmin məlumatlar təfərrüatlı formada oxuculara təqdim ediləcək. 
Rəsmi qurumlar R.İsmayılovun həbsi ilə bağlı heç bir rəsmi məlumat vermir. 

Xəbər lenti