Bakıda daha altı tələbə qız zəhərləndi

Bakıda daha altı tələbə qız zəhərləndi
Загрузка...
 Bakıda altı tələbə qız dəm qazından zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, bununla bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə məlumat daxil olub. Xəzər Universitetinin tələbələri olan 6 qız Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər. Onlar müəssisəyə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olublar. Çağırış saat 4:47 radələrində olub.
Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev prospekti 76, mənzil 28-də baş verib. Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib. Hal-hazırda müalicələri davam edir.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi.
***
Dəm qazından zəhərlənən tələbələr evə buraxılıb. Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, gecə saatlarında dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə Xəzər universitetinin 6 tələbəsinə lazımı tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edildiyindən artıq tələbələr evə buraxılıblar.
Загрузка...
Загрузка...

Xəbər lenti