Tikinti materialları oğurlayan şəxs saxlanıldı

Tikinti materialları oğurlayan şəxs saxlanıldı
Загрузка...

 Abşeron rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində tikinti materialları oğurlayan şəxsi saxlayıb.  Criminal.az kepeztv-ye istinadən xəbər verir ki, saxlanılaraq idarəyə gətirilən Masallı rayon sakini Seymur Səfərov istintaq zamanı törətdiyi cinayəti etiraf edib.

 Onun sözlərinə görə, oğurluğu törətməmişdən öncə tikinti materiallarının olduğu ərazini əvvəlcədən müşahidə edib. Uyğun bir zamanda oradan oğurluq edib. Seymur oğurladığı dəmirləri Dərnəgül bazarında 5000 manata satdığını bildirib. Bundan əvvəl xuliqanlıq əməli törətdiyinə görə, həbsdə olmuş Seymur Səfərovun bu dəfəki əməli Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə qiymətləndirilib.

Criminal.az

Xəbər lenti