Gömrükdən soyuq silah keçirmək istəyirdilər, amma...

Gömrükdən soyuq silah keçirmək istəyirdilər, amma...
Загрузка...

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. DGK Mətbuat Xidmətindən Criminal.az-a verilən məlumata, ayrı-ayrı vaxtlarda Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları Fərid Həsənbəyov və Tural Səmədzadə gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda dəyənəyə oxşar əşyaların təsvirləri görünüb. 

 Təkrar yoxlama zamanı F.Həsənbəyova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 3 ədəd, T.Səmədzadənin çantasındakı şəxsi əşyaların arasından isə 1 ədəd metaldan hazırlanmış dəyənəklər aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin predmetlər dəyənək tipində kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silahlardır. 

 Hər iki faktla bağlı təhqiqat aparılır.

Criminal.az

Xəbər lenti