Bakıda bölmə rəisinin müavini ölkəni tərk edərkən saxlanıldı - SEVGİLİSİ AXTARILIR

Bakıda bölmə rəisinin müavini ölkəni tərk edərkən saxlanıldı - SEVGİLİSİ AXTARILIR
Загрузка...
Bakıda vəzifəli polis zabiti ölkədən qaçarkən saxlanılıb. Criminal.az saytının əldə etdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsinin rəis müavini, polis mayoru Mehman Əsədov hava limanında yaxalanıb. Onunla yaxın münasibətdə olan Aygün adlı qadın isə axtarışa verilib. 
İlkin məlumata görə, Aygün adlı şəxs xeyli vətəndaşa pensiya düzəltmək adı ilə pullarını mənimsəyib. M.Əsədovun da həmin işlə bağlılığı olduğu üzə çıxıb. 
13-cü polis bölməsindən Criminal.az-a bildirildi ki, M.Əsədov bir müddət əvvəl müavin vəzifəsindən uzaqlaşdırılıb. Ölkədən getməsi üçün viza hazırlayırmış. 
M.Əsədovun özü ilə də əlaqə saxlamaq mümkün olmadı. Onun bütün mobil nömrələri bağlı olub.
Загрузка...
Загрузка...

Xəbər lenti