Bakıda başından güllələnən kriminal avtoritettin cinayətləri - Seyf oğrusu necə azadlığa çıxdı? Bakıda başından güllələnən kriminal avtoritettin cinayətləri - Seyf oğrusu necə azadlığa çıxdı?

Bakıda başından güllələnən kriminal avtoritettin cinayətləri - Seyf oğrusu necə azadlığa çıxdı?
Загрузка...
Binəqədi rayonunda güllələnərək öldürülən Mübariz Budaqlı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Criminal.az saytının məlumatına görə, M.Budaqlı 2014-cü ilin aprel ayında öz qohumun evindən külli miqdarda qızıl və pul oğurladığına görə tutulub. 

Belə ki, Yasamal rayon sakini Əsgər Budaqov 2013-cü il martın 24-də polisə şikayət edərək içərisində külli miqdarda pul və qızıl olan seyfin oğurlanması barədə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları müəyyən edib ki, elə həmin gün Ə.Budaqovun üst mərtəbədə yaşayan qohumun da, mənzilindən ümumilikdə 70 min manat dəyərində qızıl və pul olan seyf oğurlanıb. 
İstintaq müəyyən edib ki, hər iki oğurluq ailəyə yaxın olan Mübariz Budaqlı tərəfindən təşkil edilib. M.Budaqlı saxlanılan zaman cinayətini etiraf edib və deyib ki, cinayəti dostu Eldəniz Hüseynovla həyata keçirib. 

M.Budaqlı etiraf edib ki, onun Əsgər Budaqlovla şəxsi ədavəti olub və buna görə də qisas almaq istəyib. "Onu başqa cür götürmək istəyirtdim, yas düşdü deyə hirsimi belə çıxdım. Razılığa gəlsik ki, mənzilə eyvandan girək. Belə də etdik. Əsgər rayona yasa getməyindən istifadə edib mənzilə girdik. Daha sonra nərdivanla qonşu məzili də qarət etdik".
M.Budaqlının törətdiyi oğurluq cinayətinə görə hansı cəzanı alması məlum deyil. Lakin öldürülərkən interpol tərəfindən axtarışda olduğu üzə çıxıb. M.Budaqlının neçə il həbs cəzası çəkməsi, azadlığa buraxılandan sonra hansı cinayəti törətdiyinə görə, axtarışa verilməsi hələ də qaranlıqdır. 

Bəzi versiyalara görə, M.Budaqlının qətlini bir neçə gün əvvəl Binəqədisə qətlə yetirilən "Emin 444" ləqəbli kriminal avtoritetin qisasıdır. Lakin bu versiya hələ öz təsdiqini tapmayıb. 
Xatırladaq ki, M.Budaqlı iyunun 7-də Binəqədi rayonu ərazisində başına açılmış bir atəş nəticəsində həyatını itirib. Artıq Mübariz Budaqlını öldürməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlu tutulub. Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıblar.




Загрузка...
Загрузка...

Xəbər lenti