Ramil Usubov deputatın rəis oğlunu aşağı vəzifəyə endirdi

Ramil Usubov deputatın rəis oğlunu aşağı vəzifəyə endirdi
Загрузка...

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub. “Report”un xəbərinə görə, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə təyin edilib. 

F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur. Xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov “Min bir gecə” istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi.

Criminal.az

Ramil
Загрузка...
Загрузка...

Xəbər lenti