MTN-də YENİ TƏYİNAT: general idarə rəisi oldu

MTN-də YENİ TƏYİNAT: general idarə rəisi oldu
Загрузка...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yeni təyinat baş tutub.

Criminal.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini general-leytenant Mədət Quliyevin əmri ilə  nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsi general-mayor Hafiz Musayevə həvalə olunub. H.Musayev bu təyinata qədər həmin idarənin rəis müavini olub.

Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev Lent.az-a açıqlamasında bununla bağlı dəqiq məlumatı günün sonunda verə biləcəyini deyib.

Xatırladaq ki, adıçəkilən idarənin rəisi Nizami Şirinov ötən gün M.Quliyevin əmri ilə tutduğu vəzifədən azad olunmuşdu. Bu barədə xəbəri virtualaz.org saytı yaymışdı.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti