Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdılar

Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdılar
Загрузка...
Bakıda ana ilə qızı eyni vaxtda intihar edib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün günorta saat 13 radələrində Bünyadzadə küçəsi 11 ünvanında baş verib. Həmin ünvanda yaşayan təxminən 60 yaşlı qadın və 25-30 yaşlarında qızı özlərini yaşadıqları 12 mərtəbəli binanın 10-cu mərtəbəsindən atıblar.
Hər ikisi hadisə yerindəcə vəfat edib. İlkin məlumata görə, onların özünü öldürməsinin səbəbi ailə münaqişəsidir.
Faktla bağlı araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti