Bakıda 400 minlik toy edən sabiq məmurun qızı əxlaqsız mesajlar yazdı Bakıda 400 minlik toy edən sabiq məmurun qızı əxlaqsız mesajlar yazdı

Bakıda 400 minlik toy edən sabiq məmurun qızı əxlaqsız mesajlar yazdı
Загрузка...
"Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi, mini-oliqarx Qüdrət Şükürovun qızı Aysel Şükürova bir vətəndaşın atası haqqında Korrupsiyaya Qarşı Mübarizə idarəsində cinayət işi açılması barədə yazmasından sonra o vətəndaşa yazdıqları təhqir, söyüş dolu mesajlar. Bu qızın o gənc oğlana yazdığı söyüşləri indiyə qədər ən axmaq adamın leksikonunda da görməmişəm". Criminal.az xəbər verir ki, bu haqda gənc fəal Bəxtiyar Hacıyev yazıb.
Qeyd edib ki, məmur qızı vətəndaşa onlarla belə mesajlar yazıb, 1.1 milyon izləyicisi olan instagram səhifəsində vətəndaşın ev telefonunu paylaşıb, mənəvi terrora məruz qoyur. Bu hələ xırda bir lift idarəsinin rəhbərinin qızıdır. Xalqın haqqını yeyib, lüks həyat yaşayıb, vətəndaşı bu şəkildə təhqir edirlər. Bu məmur övladlarının tərbiyəsizcə sıravi vətəndaşları təhqir etməsi neçənci haldır? Biri maşınla avtoşluq edib, vətəndaşı əzir, öldürür. Biri vətəndaşa söyür, digəri atasının yanında metroda işə düzəlib "kəndçilərsiniz" deyir. Daha nə qədər dözmək olar? Bu da bunların səviyyələri, tərbiyələri...




Xəbər lenti