Keçmiş ''zek'' toyda qan tökdü

Keçmiş ''zek'' toyda qan tökdü
Загрузка...

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Criminal.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axsam saatlarında rayonun Beyi kəndində keçirilən toy məclisində qeydə alınıb. 

Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağasiyev Qardaşəli Ağagül oğlu həmkəndlisi Rüstəmov Qılınc Xuduş oğluna bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən A. Qardaşəli polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin baş vermə səbəbi Rayon Polis Şöbəsində araşdırılır. 

Toyda törədilmiş bıçaqlanma ilə bağlı Lent.az-ın əldə etdiyi məlumata görə, Beyi kənd sakini, 1964-cüiltəvəllüdlü Qardaşəli Ağasıyev həmkəndlisi, 1961-ci iltəvəllüdlü Qılınc Rüstəmovu mübahisə zəminində bıçaqlayıb. Bildirilir ki, həmkəndlilər kənddə keçirilən toyda yeyib içiblər. Sonra sərxoş vəziyyətdə olan Q.Ağasıyev dəqiqləşməmiş səbəblərdən Q.Rüstəmovun oğlu ilə mübahisə etməyə başlayıb. Bunu görən Q.Rüstəmov həmkəndlisinə etiraz edib və mübahisə münaqişəyə çevrilib. Dava zamanı sərxoş vəziyyətdə olan Q.Ağasıyev bıçaqla həmkəndlisinə zərbə endirib. Hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olduğundan onlar olayı xatırlamaqda çətinlik çəkiblər. Araşdırmalar davam etdirilir. 

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti