Polisə müraciət edən qadın — vəkil 3 min manatımı mənimsəyib

Polisə müraciət edən qadın — vəkil 3 min manatımı mənimsəyib
Загрузка...

Bakıda qadın üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Criminal.az xəbər verir ki, 22-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edən Şəki sakini, 1964-cü il təvəllüdlü Rəsulova Yeganə Tacəddin qızı bildirib ki, 1961-ci ildə Ağstafada anadan olmuş İsmayılov Elşən Tofiq oğlu onun 3 min manat pulunu mənimsəyib. 

Qadın qeyd edib ki, E.İsmayılov onun məhkəmədə olan mülki işində vəkillik edəcəyinə vəd verib və Mərdanov qardaşları küçəsində ondan 3 min manat alıb. Lakin həmin şəxs vədinə əməl etməyib və pulları da geri qaytarmayıb.  Müraciət əsasında araşdırma aparılır.

Məlumatı lent.az saytı yayıb. 

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti