Bakıda 12 minlik saat oğurlandı

Bakıda 12 minlik saat oğurlandı
Загрузка...
 Dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in "102” Zəng Mərkəzinə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən Criminal.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd "Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib. Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.
Araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti