Bakı toyxanalarında canlanma: deyirlər ki, toy olacaq...

11 Fevral 2021, 17:24
11 Fevral
2021
17:24
140
Artq 1 ilə yaxındır Azərbaycanda toy mərasimlərinin keçirilməsi qadağan edilib. Məlum səbəbdən, yəni dünyanı bürümüş pandemiya üzündən.
Nəticədə xəbər lentlərində tez-tez bu və ya digər rayonda , evlərində "gizli toy, nişan mərasimləri keçirənlərin” aşkarlanması və cərimələnməsi haqda xəbərlərə rast gəlirik. Axı insanlar vəziyyətin mürəkkəb olmasına baxmayaraq həm də ailə qurmaq, oğul-uşaqlarını evləndirmək, onların xoşbəxtliyini görmək arzusundadır.
Digər tərəfdən Azərbaycanda "toy sektoru” həm də çoxlu iş yerləri deməkdir və bu "sektorda” işləyənlər də toylara icazə verilməsini səbrsizliklə gözləyirlər.
Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxmaların azalmasını və vaksinasiyanın başlamasını nəzərə alaraq yanvarın 25-dən etibarən sərt karantin rejimini mərhələlərlə yumşaldır. Bu baxımdan əhali arasında toylara da icazə veriləcəyi haqda söhbətlər yayılmaqdadır. Hətta qapıları bir ildir bağlı olan şadlıq saraylarında bu söz-söhbətlərə görə artıq müəyyən canlanma da yaranıb. Gələn ay üçün yerlər sifariş verənlər artıb. Hətta bir çox şadlıq evlərində mart-aprel ayları üçün boş yer qalmayıb.
Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində yerləşən "Royal” şadlıq evindən virtualaz.org-a bildiriblər ki, mart ayı üçün yerlər rezerv olunub, yalnız aprel ayı üçün 2-3 boş yer qalıb.
"Həftəsonları artıq rezerv olunub. Hələlik operativ qərargahın qərarını gözləyirik. Buna görə də qiymətlər və menyu ilə bağlı qərar verməmişik”, -şadlıq evinin özünü təqdim etmək istəməyən əməkdaşı deyib.
Metronun "Gənclik” stansiyasının yaxınlığında yerləşən "Gilavar” şadlıq sarayında da boş yer tapmaq çətindir. Sarayın inzibatçı Fərid Əhmədli bildirib ki, qərar verilərsə ilkin mərhələdə köhnə müştərilərə yer veriləcək.

"Pandemiyadan əvvəl yer tutanlar çoxdur, onlar hələ də gözləyirlər. Ara məsafənin qorunması ilə nişan, toy təşkil etmək mümkündür. Məsələn, bizim zalın sahəsi 1200 kvadratmetrdir, 10 nəfərlik masaya 6 nəfər yerləşdirə bilərik”,-inzibatçı belə deyib.
Amma ara məsafənin qorunması ilə toy keçirilməsi ev sahibinə baha başa gələ bilər. Əhmədov deyir ki, məsələn, masanı dodurmaq üçün əlavə qidalar qoyulmalıdır. Buna görə də indidən qiymət danışa bilmirlər:
"Pandemiya toy biznesini çökdürdü. Nə qədər insan bu sahədən evinə çörək aparırdı. Bir dəfəyə 50-60 kiloqram meyvə, ət, toyuq alınırdı. Bazar da ziyan çəkdi. Amma digər tərəfdən, qiymət artımına da gedə bilməyəcəyik, çünki rəqabət çoxdur, hamı pandemiyadan sonra müştəri tutmağa çalışacaq”.
"Cıdır düzü” sarayının inzibatçısı Habil Ağayev də son yumşaltma tədbirlərindən sonra müraciətlərin artdığını təsdiqləyib. Onun sözlərinə görə, apreldə toylara icazə veriləcəyinə ümid edirlər. "Amma 50-60 nəfərlik mərasimlər də sərfəli deyil. Məsələn, 250 nəfərlik zalı 50 nəfər üçün doldurmaq olmaz. Hamı masanın boş olmamasını istəyəcək. İnsanları da qınamaq olmur”,-Ağayev deyib.
Əlavə edib ki, müştəriləri arasında hər ay zəng vurub yerlə maraqlananlar var: "İlk olaraq keçən ildən sifariş verənləri yerlə təmin edəcəyik. Hələ də behini geri almayanlar var. İnsanlar fikirləşirlər ki, illərlə toya gediblər, niyə indi övladlarının şad günlərini görmək qismət olmasın? Toy edib cehiz alanlar var”.
"Grace Hall” şadlıq sarayının inzibatçısı Əli Nağıyev isə bildirib ki, martın 15-dən yer sifariş verənlər var.
"Xəzinə” şadlıq evində isə deyiblər ki, tək mart-aprel ayları, deyil, yay ayları üçün də indidən yer tutanlar var.
"Təkcə toy sahibləri deyil, ofisiantlardan tutmuş aşbazlara qədər hamı toyların başlamasını gözləyir. Toylara icazə vermək nə qədər adamın dolanmasıdır. Buna görə də səbirsizliklə verilən qərarı gözləyirik. Şərtlər açıqlanandan sonra menyunun qiymətinə də baxılacaq, hələlik qiymət dəyişikliyi yoxdur.
Qeyd edək ki, operativ qərargahın qərarı ilə karantin tədbirləri aprelin 1-dək uzadılıb.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
Cəmiyyət
Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
Video, Cəmiyyət
Ramiz Mehdiyev qurultaydan danışdı
-
Manşet, Cəmiyyət
Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
Video, Cəmiyyət
Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
Cəmiyyət
Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
Sənəd, Manşet, Cəmiyyət
Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
Sənəd, Foto, Cəmiyyət
“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
Foto, Cəmiyyət
Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...