Bakı sakini: "DSMF–də deyirlər ki, get, 67 yaşın olanda gələrsən müraciət edərsən"

Bakı sakini:
Загрузка...
"Yaşa görə pensiya hüququmdan istifadə edib pensiyaya çıxmaq istəyirəm. Pensiya yaşım bu il 65 olduğuna görə pensiyaya çıxmalı idim. Lakin çox təəssüflər olsun ki, 1971-ci ildən matros kimi əmək fəaliyyətinə başladığımdan və 2006-ci ilə qədər müxtəlif sahələrdə əmək fəaliyyətində olmağıma baxmayaraq üst üstə 26 il staj sahibiyəm. Məni Sosia Təminat Nazirliyinin DOST xidmətindən, DSMF–dən bildirdilər ki, "get, 67 yaşın olanda gələrsən müraciət edərsən”". Bu sözləri Criminal.az-a Bakı sakini Canbaxışov Cavanşir Kamal oğlu deyib.
Şikayətçinin sözlərinə görə, hazırda Azərbaycanda kişilər 65 yaşdan əmək pensiyasına çıxırlar: "2006-cı ildən səhhətimdə yaranan problemlərlə bağlı əmək fəaliyyətini davam etdirə bilmədim. Tromblaşma xəstəliyim olduğuna görə. İndi məndən tələb edirlər ki, sənin social kartın yoxdur. Get kart al. Nazirliyin idarəsi təqdim etdiyim əmək kitabçama inanmır. Deyirlər ki, get işlədiyin bütün idarə və müəsssələrdən arayış gətir təqdim et ki, sən həqiqətən əmək kitbaçasında qeyd edildiyi kimi həmin idarələrdə işləmisən. Doğrudur, bir neçə idarədən belə bir arayış ala bilsəm də əsas iş yerim olan Azərbaycan Dəmir Yolları İdarəsindən belə arayışı alıb gətirə bilmədim. İdarədən dedilər ki, bütün sənədlər it bata düşüb. İndi bu qoca və xəstə vaxtımda qalmışam mat məhətəl ki, qapılara düşüb arayışların hamısını toplamaq qeyri-mümkün olub".
C.Canbaxışov deyir ki, ən azı 26-27 il əmək stajına malikdir, möhürlü, imzalı əmək kitabçası təqdim etsə də baxmaq istəmirlər: "Necə olur ki bu vaxta qədər bütün dünya ölkələrində əmək kitabçasına əsasən vətəndaşlar pensiyaya çıxdığı halda bizim ölkədə bu sənədə əhəmiyyət vermirlər? O zaman qoy nazirlik zəhmət çəkib mənim əmək kitabçamı ekspertiza şöbəsinə göndərsinlər. əgər hər hansı saxtakarlıq halı qeydə alınarsa məni ömürlük pensiya hüquqmdan məhrum etsinlər. Mən fiziki şəxsəm.Və bəyan edirəm ki, əmək kitabçama edilən qeydlərin mənə heç bir dəxli yodur. Qoy DSMF özü mənim sənədimi yoxlasın. Bu onların vəzifə borclarıdır. Məni gedər-gəlməzə salmaqla nazirlik əməkdaşları sanki oyunbazlıqla məşğuldurlar və sözün əsil mənasında bürokratiya və süründürməçilk edirlər".  

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Criminal.az saytına bildirdi ki, 1954-cü il təvəllüdlü Canbaxışov Cavanşir Kamal oğlunun şikayəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda araşdırma aparıldı. Vətəndaş 05.12.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət edib. Müraciətinə baxılarkən onun yaşa görə əmək pensiyası təyin etmək üçün tələb olunan nə 25 il iş stajı, nə də 2006-cı ildən sonra minimum pensiya kapitalı olmadığı müəyyən olunub. 

Nazirlik rəsmisinin sözlərinə görə, təqdim olunmuş əmək kitabçaları üzrə iş stajının 7 il 6 ay 10 günü qeyri-dövlət müəssisələrini əhatə edib: "Qeyri-dövlət müəssisələrində işlədiyi dövrlərin düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmadığından bu illər sığorta stajına daxil edilməyib. Nəticədə özəl müəssisələrdə işlədiyi dövrləri nəzərə almadıqda onun iş stajı 25 ildən az olub. (18 il 2 ay). Həmçinin fərdi hesabında 2006-cı ildən sonra pensiya kapitalı olmadığından mövcud pensiya qanunvericiliyinə əsasən avtomatlaşdırılmış qaydada da pensiya təyinatı aparmaq mümkün olmayıb. Onu da qeyd edim ki, 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minən yeni Qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və 64 il 6 ay olan kişilər yaşa görə pensiya hüququ olmadıqda yaşa görə müavinət hüququ qazanırlar. C.Canbaxışovun bu ilin yanvarın 1-dən yaşa görə sosial müavinət hüququ yaranıb. O, 1 saylı DOST Mərkəzinə müraciət etməklə hüququ yaranan tarixdən (1 yanvar 2020) müavinət təyin ediləcək. Bu barədə vətəndaşa da məlumat verilib". 

Xəbər lenti