Bakı sakini: "Deyirlər, dollar bahalanacaq" Bakı sakini:

Bakı sakini:
Загрузка...
Dünya bazarında Azərbaycan neftinin kəskin ucuzlaşmasından sonra bütün diqqət ölkədə manatın məzənnəsinə yönəlib. Bəzi mütəxəssislər Azərbaycanda milli valyutanın dəyərsizləşəcəyindən narahatdırlar. Neftin dünya bazarında ucuzlaşması Azərbaycanda qeyri-iş gününə təsadüf etdiyindən əhalinin banklara axışması daha çox növbəti günə təsadüf edib.
İqtisadi təhlilçilər deyir ki, narahatlıq üçün əsas var. Amma onlar onu da bildirir ki, manata təzyiqin artması "mütləq devalvasiya olacağının göstəricisi deyil". Azərbaycan hökuməti bildirib ki, valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə "zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var". Mərkəzi Bank BBC News Azərbaycancanın bankların dolların satışının dayandırılması və məhdudiyyət tətbiq etməsi ilə bağlı suallarına cavab verməyib.

Xəbər lenti