Bakı metrosu yenidən açılır

Bakı metrosu yenidən açılır
Загрузка...
Avtobuslar kimi metro da yalnız həftəiçi fəaliyyət göstərəcək
Sentyabrın 14-dən Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir:
"Sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır”.
Eyni zamanda, qeyd olunub ki, "İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.
Bakı Metropolitenində qatarların hərəkəti 31 mart saat 22:00-dan 20 aprel tarixinədək dayandırılmışdı. Sonradan karantin rejimi yumşaldıldı və metropoliten fəaliyyətini bərpa etdi. Ancaq iyulun 4-dən 20 iyula qədər Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti yenidən dayandırıldı. Avqustun 5-dən karantin rejimi qismən yumşaldılsa da, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilmədi.

Xəbər lenti