Bakı meriyası müxalifətin aksiya keçirməsinə icazə verib

Bakı meriyası müxalifətin aksiya keçirməsinə icazə verib
Загрузка...
Paytaxt meriyası Milli Şura tərəfdarlarına oktyabr 8-də saat 15:00-dan 16:00-dək şəhər administrasiyasının binasının yanında piket keçirməyə icazə verib. Bu barədə meriyanın aksiya təşkilatçılarının müraciətinə cavabında bildirilir.
Xatırladaq ki, müraciət müəllifləri meriyanın şəhər içində mitinq keçirməyə qadağa qoymasına və mitinqləri paytaxtdan kənarda keçirmək təklifinə etiraz etmək niyyətindir. Meriyanın cavabından məlum olur ki, piketin meriyanın binası ilə İqtisad Universitetinin arasındakı yerdə keçirilməsinə icazə verilib.
Təşkilatçılar qanun-qaydaya əməl etməyə çağırılıb. Bu o deməkdir ki, aksiya iştirakçılarının sayı məhdud olmalıdır. Aksiyanın təşkilatçılarından biri Fuad Qəhrəmanlı meriyanın cavabını "müxalifətin kiçik qələbəsi" adlandırıb. (Turan.az)

Загрузка...
Загрузка...

Xəbər lenti