Bakı merinin kürəkəni icra başçısı təyin edildi

Bakı merinin kürəkəni icra başçısı təyin edildi
Загрузка...
 Prezident İlham Əliyev Qoca Səmədovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Anar Tağıyev 
Məlumat üçün bildirək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkəni olduğu bildirilən Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək "Eurostyle" şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb. 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib.
2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010-2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən hal-hazırki dövrədək Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Загрузка...
Загрузка...

Xəbər lenti