Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mülkiyyətçisi dəyişib

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mülkiyyətçisi dəyişib
"Bakı XXI Əsr” MMC-nin direktoru vəzifəsinə Səidə Əflatun qızı Baxşıyeva təyin edilib, o bu vəzifədə İsmayıl Əliyevi dəyişib. Bu barədə Azərbaycanın kommersiya təşkilatları reyestrində deyilir.
Səidə Baxşiyeva PASHA Holdingə konqlomeratına daxil olan azı beş şirkətin ("Shahdag Hotel Company”, "Yeni İntourist Hotel Company”, "Yeni Bilgəh Hoteli”, "Baku Boulevard Hotel Company” və "Baku Hospitality Company”) rəhbəridir.
Beləliklə, ehtimal etmək olar ki, "Bakı XXI Əsr” MMC-nin mülkiyyətində olan Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu holdinqin nəzarətinə keçib. Bakı Avtovağzal Kompleksi 2004-2009-cu illərdə tikilib və KİV-in məlumatına görə tikinti işlərinə 80-100 mln. dollar yatırılıb.
"Bakı XXI Əsr” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova məxsusdur. Avtovağzal kompleksinə həmçinin otel, ticarət mərkəzi, yanacaq doldurma kompleksi, ictimai iaşə obyektləri və digər kommersiya obyektləri daxil idi. 2019-cu ildə "Bakı XXI Əsr” MMC-ə dəyişiklik edilib, nəticədə yeni "Krosvey” MMC yaradılıb (şirkətin istifadəsində avtovağzal ərazisində eyni adlı mehmanxana var). "Krosvey” MMC-nin direktoru Cümşüd Bağırovdur. O həmçinin avtobus sərnişin daşınması ilə məşğul olan "Azerbaijan Ground Services” şirkətinə rəhbərlik edir.
Mənbə: TURAN Informasiya Agentliyi

Xəbər lenti