Bakı Baş Gömrük İdarəsinin əməkdaşı həbs olundu

Bakı Baş Gömrük İdarəsinin əməkdaşı həbs olundu
Bakı Baş Gömrük İdarəsinin daha bir əməkdaşı həbs edilib. APA-nın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanın təqdimatına baxılıb. Təqdimat təmin edilib və A. Baxşıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Nəticədə idarənin vəzifəli şəxsləri - Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar. Daha sonra Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilibb.
Onu da qeyd edək ki, Azər Baxşıyev 20 il Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuş Əlövsət Baxşıyevin qardaşı oğludur.

Xəbər lenti