Bakı Baş Gömrük İdarəsində əməliyyat: saxlanılanlar var

Bakı Baş Gömrük İdarəsində əməliyyat: saxlanılanlar var
Vəzifəli şəxslərin rüşvət alarkən saxlanıldığı bildirilir
Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin əməkdaşları mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Nəticədə Bakı Baş Gömrük İdarəsinin bir sıra vəzifəli şəxsləri saxlanılıb.
Meydan TV-nin sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidməti də məlumatı təsdiqləyib. Mətbuat xidmətindən bildirilib ki, idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb.
"Bu barədə ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək”, - prokurorluqdan bildirilib.

Xəbər lenti