Bakı Apellyasiya Məhkəməsi baş redaktorla bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsi baş redaktorla bağlı qərar verdi
Загрузка...
Bakı Apelyasiya Məhkəməsində iyunun 4-də hakim Rizvan Səfərovun sədrliyi ilə "Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun şikayətinə baxılıb. Prosesdə təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov çıxış edərək bildirib ki, cinayət işində A.Məmmədovun yazdığı xəbərdəlrən sarsıldığını deyən 3 şahidin heç birinin məqalələrdən xəbəri olmayıb. Birinci instansiya məhkəməsində də bu açıq-aydın göründü. Bundan başqa, məqalələrdə dövlət əleyhinə çağırışla bağlı politoloji rəy vermiş ekspert Əliyev Bəxtiyar Əbdülrəhman oğlunun politoloq ali təhsilinin olmamasını, eyni zamanda verdiyi rəylərdə heç bir ədəbiyyata istinad etmədiyini məhkəmə kheyətinin diqqətinə çatdırdı. 
"Çünki Bəxtiyar Əliyev cinayət işində politoloji rəy verdiyi halda heç bir politoloji ixtisası yoxdur, bu baxımdan onun rəy verməsi qanunla qadağandır”, - vəkil deyib. Elçin Sadıqov məhkəmədə bildirib ki, birinci instansiya məhkəməsi 10 aprel qərarı ilə iclas protokollarına qeydləri təmin etməyib və buna heç bir əsas göstərməyib. "Qanuna əsasən protokollara qeydlər təmin edilmədiyi halda belə məhkəmə həmin qeydlərin işə daxil edilməsi barədə qərar qəbul etməlidir. Lakin belə bir qərar qəbul edilməyib”.
A.Məmmədov isə məhkəmədə bildirib ki, iki tıənqidi məqaləsinə görə cinayət məsuliyyətinə cəlb edilib, şərti azadlıqdan məhrum edilib: "Criminal.az saytı hazırda da fəaliyyətini davam etdirir, tənqidi yazılar verir. Əgər hansısa məmur haqda tənqidi yazı vermək cinayətdirsə, demək ki, bir jurnalist olaraq cinayət əməlimi davam etdirirəm? 3 yalançı şahidin ifadəsi əsasında məhkum edilmişəm. Məhkəmədən xahiş edirəm, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını ləğv edib barəmdə bəraət hökmü çıxarasınız".
Dövlət ittihamçısı Ceyhun Əliyev çıxış edərək A.məmmədovun apellyasiya şikayətinin təmin edilməməsini istəyib.
Sonda məhkəmə jurnalistin apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərarını elan edib. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdilmədən saxlanılıb.
Xatırlatma
Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmünə əsasən, A.Məmmədov 5 i 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. O, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə davası barədə yazılara görə CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz. A.Məmmədov son sözündə günahsız olduğunu söyləyib: "Bəraət hökmündən başqa istənilən qərar mənim hüquqlarımın pozulmasıdır. Bunu özümə qarşı dövlət adından verilmiş haqsız qərar hesab edirəm”.
 Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən "Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu. 
Bir neçə gün əvvəl mərkəzi qərərgahı Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) bəyanat yayaraq Azərbaycan hakimiyyətini jurnalist Anar Məmmədova qarşı ittihamları ləğv etməyə və onun müstəqil şəkildə fəaliyyət göstərməsinə imkan verməyə çağırmışdı. 
Загрузка...
Загрузка...

Xəbər lenti