Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri yola salınır

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri yola salınır
Загрузка...
Hakimiyyət strukturlarında aparılan bir sıra dəyişikliklər məhkəmə sistemində də gözlənilir. Gununsesi.org-un xəbərinə görə, yaxın zamanlarda Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev öz postundan kənarlaşdırılacaq.
Onu hazırda Nərimanov Rayon Məhkəməsinin sədri olan Tofiq Paşayevin əvəz edəcəyi bildirilir. Mənbəmizin məlumatına görə, Tofiq Paşayevin Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinə gətirilməsi müsbət tendensiyaya səbəb olmayacaq.
Belə ki, Tofiq Paşayevin fəaliyyəti və imici haqqında birmənalı fikir yoxdur. Ona görə də, belə bir adamın bu posta təyinatı məhkəmə sisteminin fəaıiyyətinin təşviqi kimi qiymətləndirilməyəcək.
Qeyd edək ki, Mahmud Nəbiyev 2000-ci ildən bəri 20 ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə sədrlik edir. Onun da adı ölkədə ədalətli məhkəmə sisteminin məhv edilməsində rolu olan şəxs kimi hallanıb.

Xəbər lenti