“Bakcell” əməkdaşının yaralanması ilə bağlı cinayət işi açılıb “Bakcell” əməkdaşının yaralanması ilə bağlı cinayət işi açılıb

“Bakcell” əməkdaşının yaralanması ilə bağlı cinayət işi açılıb
Hadisə Ağdamda baş verib
Baş Prokurorluq "Bakcell”in əməkdaşı, 27 yaşlı Anar Rəhimlinin Ağdamda erməni silahlılarının açdığı atəş nəticəsində yaralanması ilə bağlı cinayət işi açıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda belə deyilir.
Hadisə dekabrın 29-da günorta saat 16 radələrində Ağdamın "Yeddi xırman” adlanan ərazisində baş verib. Bakı sakini olan Anar Rəhimli Ağdama xidməti işi ilə əlaqədar göndərilib. Elə xidməti vəzifəsini icra edərkən də güllələnib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluq), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz silah-sursat saxlama) və başqa maddələrilə cinayət işi başlanıb.
"Hazırda iş üzrə istintaq davam edir”, – prokurorluqdan bildirilib.




Xəbər lenti