Bacısının sevgilisini öldürən həndbol hakiminin işi - mərhumun infarktdan öldüyü deyilirdi

Bacısının sevgilisini öldürən həndbol hakiminin işi - mərhumun infarktdan öldüyü deyilirdi
Загрузка...

Bacısının qeyri-rəsmi nikah münasibətində olduğu şəxsi döyə-döyə öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 14-nə təyin edilib.

Qətl hadisəsi ötən il iyun 28-də Xırdalan şəhərində baş verib.

Məlumata görə, şəhər sakini Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.

Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.

Ə.Ağakişiyev barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə.Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.

Загрузка...
Загрузка...

Xəbər lenti