Bacanağını namus üstündə öldürən şəxsə hökm oxundu - 9 il

Bacanağını namus üstündə öldürən şəxsə hökm oxundu - 9 il
Загрузка...
Bacanağını öldürən şəxs hakim qarşısına çıxarılıb. O, əməlindən peşman olmadığını, hadisəni namus üstündə törətdiyini deyib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Ş.Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihamda göstərilir ki, Şahin Qasımov öz evində bacanağı Müşfiq Abbasovu qətlə yetirib. Qətlə səbəb tərəflər arasında başlayan mübahisə olub. Qasımov qızına sataşdığını iddia edərək Abbasovu qətlə yetirib. Elan olunmuş ittihamla Şahin Qasımov özünü təqsirli bilib və əməlindən peşman olmadığını söyləyib. Qasımov bacanağını namus üstündə öldürdüyünü söyləyib. O deyib ki, qızı ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb.
"Bacanağım Müşviq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam" - müttəhim deyib. Amma mərhumun qardaşı Musa Abbasov bununla razı deyil. Sonuncu məhkəmə iclasında çıxış edən Musa Abbasov deyib ki, qardaşını öldürən şəxs Şahin Qasımov deyil və əsl həqiqət gizlədilir. Qətl hadisə Xırdalanda baş verib. Yaralı Müşviq Abbasov xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə dünyasını dəyişib. Ş.Qasımov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Загрузка...
Загрузка...

Xəbər lenti