`Babamın qisasını ermənilərdən aldıq` – Xoyskinin nəticəsi: “İnanıram ki, onun başını uca etdim” `Babamın qisasını ermənilərdən aldıq` – Xoyskinin nəticəsi: “İnanıram ki, onun başını uca etdim”

`Babamın qisasını ermənilərdən aldıq` – Xoyskinin nəticəsi: “İnanıram ki, onun başını uca etdim”
 "Həmin vaxt qisas hissi keçirirdim”
"Bizi döyüşdən-döyüşə aparan da məhz bu idi”
Vətən müharibəsində iştirak edən döyüşçülərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) lideri, qurucularından, AXC-nin ilk baş naziri Fətəli xan Xoyskinin həyatda olan yeganə varisi, nəticəsi Murad Hüseynovdur. O, sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun sıralarına qoşulub və Qarabağın işğaldan azad olunması uğrunda döyüşüb. Bu yaxınlarda tərxis edilən Azərbaycan Xalq Cümhuriyyəti liderinin nəticəsi Vətən Müharibəsi ilə bağlı xatirələrini eksklüziv olaraq HafizTimes.com-la bölüşüb. O, Azərbaycan Quru Qoşunlarında xidmət edib.
Fətəli xan Xoyski –AXC-nin ilk baş naziri , daxili işlər, hərbi, ədliyyə və xarici işlər nazirləri vəzifəsində çalışıb. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra 1920-ci ilin iyunun 19-da Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi. Qeyd edək ki, Murad Hüseynovun anası Tamara Xoyski Fətəli xan Xoyskinin doğma nəvəsidir.
– Ölkəmizdə tətbiq edilən qismən səfərbərlik çağrışına əsasən mən də böyük qürur hissi ilə Azərbaycan Ordusunun sıralarına qoşuldum. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşdüm. Vətənimizi müdafiə etdik. Əvvəl Cəbrayıl, daha sonra Füzuli istiqamətindəki döyüşlərdə iştirak etdim. Füzulidən Xocavəndə getdik. Oradan isə Şuşa və Laçına getdik, döyüşlərdə olduq.
-Ordumuzda ruh yüksəkliyi vardı. Bizi döyüşdən-döyüşə aparan da məhz bu idi. Düşünürəm ki, bu çox əsasdır. Müxtəlif çətinliklərimiz də oldu. Hava həddən artıq soyuq idi.
Ən əsası isə biz bu sınaqlardan başı uca və alını açıq keçdik. Allaha şükür olsun ki, hər şey öz qaydasındadır. Mən həm də Fətəli Xan Xoyskinin nəticəsi kimi bu sınaqlardan çıxdım.
-Sizin Azərbaycan Xalq Cümhuriyyəti liderinin varisi olduğunuzu döyüşçü yoldaşlarınız bilirdilər?
-Orada dost olduğum bir-iki nəfərə bu barədə demişdim. Onlar tariximizi yaxşı bilirdilər. Fətəli Xan Xoyskinin adını çəkəndə onlar artıq deyirdilər ki, o, kimdir və Azərbaycan qarşısında hansı xidmətləri olub. Bu barədə başqa heç kimə demədim.
– Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirilib. Bu barədə nə demək istərsiniz? Ermənilərə qarşı döyüşdüyünüz zaman nə hiss etdiniz? Fətəli Xan Xoyskinin qisasını ermənilərdən aldınızmı?
-Əlbəttə ki, qisas hissi keçirirdim. Babamın qisasını aldıq. Özü də ki, yüz faiz bu qisası aldıq. Bu mənim borcum idi. Bacardığım qədər bu borcumu ödədim. İnanıram ki, onun başını uca etdim. 

-Qələbə xəbərini necə qarşıladınız?
-Biz ön xətdə döyüşürdük. Daha sonra Şuşanın müdafiəsində iştirak etdik. Döyüş qurtaran zaman minomyotların səsi azaldı. Bu bizim üçün çox xoş oldu. Hamımız sevindik. Bunu sözlə izah etmək çətindir. Biz torpaqlarımızı düşməndən azad etdik. Bununla da nöqtəni qoyduq. Buna sadəcə olaraq sevinmək lazımdır. İnşallah, gələcək nəsillər bu əziyyətləri çəkməzlər.
-Hansı xatirənizi heç vaxt unutmazsınız?
-Bizim sıralarımızda da şəhidlərimiz oldu. Əlbəttə ki, onları heç vaxt unutmarıq. Daimi qəlbimizdə yaşayacaqlar.
 
 Yəqin ki, Şuşada "hinduşka” kababı yeməyimizi heç vaxt unutmarıq. 28 ildən sonra biz ilk azərbaycanlılar idik ki, Şuşada kabab çəkdik və dağlara baxaraq yedik.
-Azərbaycan əsgərinə nə demək istərsiniz?
-Allah onlara kömək olsun. Hər zamankı kimi möhkəm olsunlar. Bilirəm ki, çətinliklər mövcuddur. Amma bunlar müvəqqətidir. 

-Sizə də medal verilmədi?
-Hələ verilməyib. Bu barədə məlumatsızam. Yəqin ki, verilər.

Xəbər lenti