Azyaşlı qız atasının anasını öldürdüyü gecədən danışdı...

03 Noyabr 2021, 18:33
03 Noyabr
2021
18:33
1172
Tərtərdə ondan boşanan həyat yoldaşını yatdığı yerdə boğaraq öldürən kişi törətdiyi cinayətdən məhkəmədə danışıb.
"Kriminalqafqaz” məhkəmə materiallarına istinadən xəbər verir ki, Səlim Əsədov 2017-ci ildə keçmiş həyat yoldaşı Röyalə Tağıyevanı boğaraq qətlə yetirib.
Məhkəmənin araşdırması zamanı məlum olub ki, Səlim Əsədov Röyalə Tağıyeva ilə boşanmalarına baxmayaraq, onunla dəfələrlə səbəbsiz şəkildə mübahisə edib və ailə həyatına müdaxilə edib.
2020-ci il sentyabrın 6-da gecə saatlarında əvvəlcədən planlayaraq əldə etdiyi ehtiyat açarla Röyalənin yaşadığı evə girərək ona şiddət göstərib. Röyalə yuxudan ayılaraq keçmiş həyat yoldaşına müqavimət göstərmək istəsə də, Səlim onun ağzından və boğazından tutub kürəyi üstə yatdığı yerə uzadıb. Daha sonra başının altında olan yastığı ağzının üzərinə, dizini isə bədəni üzərinə sıxmaqla Röyaləyə ağır zərbələr endirib və qəsdən boğaraq öldürüb.
Səlim Əsədov ifadəsində bildirib ki, çoban işləmək üçün Şəkiyə getmək qərarına gəlib, amma həyat yoldaşı onunla getməkdən imtina edib: "Şəkidən qayıtdıqdan sonra Röyalənin mənə qarşı münasibətinin dəyişdiyini gördüm. Məndə Röyalənin kiminləsə münasibət saxlaması ilə bağlı şübhələr oyandı. Bu səbəbdən aramızda bir neçə dəfə dava-dalaş oldu. Həmin vaxt Röyalə boşanmaq üçün məhkəməyə müraciət etdi, rəsmi qaydada boşandıqdan sonra ayrı yaşamağa başladıq. Məcburi köçkün olduğum üçün dövlət tərəfindən verilən üçotaqlı evi Röyalə və övladlarıma verərək qonşuluqda yaşayan qardaşım Kərimin evində yaşamağa başladım. Röyalə boşandıqdan sonra ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrində alaq otlarının təmizlənməsi işi ilə məşğul olurdu. Röyalə işdən gecə saatlarında qayıdırdı. Bu da məni narahat edirdi. Bir neçə dəfə Röyaləyə onu öldürəcəyimi demişdim”.
Hadisədən 1 ay əvvəl R.Tağıyeva DİN-in "102” qaynar xəttinə zəng edərək keçmiş əri barəsində şikayətçi olub. Bu barədə Tərtər rayon Polis Şöbəsində araşdırma da aparılıb.
Övladları çox vaxt Röyalənin yanında olduğuna görə keçmiş əri məqsədini bir müddət reallaşdıra bilməyib. S.Kərimov onu öldürmək üçün ən uyğun vaxtın gecə olduğunu düşünərək yatdığı vaxt evə girib və əməlini gerçəkləşdirib.
Məhkəmə iclasında dindirilən R.Tağıyevanın ögey bacısı N. bildirib ki, Röyalə təxminən 7 il Səlimlə birlikdə çox mehriban yaşayıb: "Hətta Səlim Şəkiyə işləməyə gedəndə də Röyalə onunla gedirdi. Amma fermada yaşamaq üçün şərait olmadığına görə geri qayıtdı. Səlim evliliyinin beşinci ilindən sonra başqa qadınlarla münasibət saxlamağa başladı. Əlaqə saxladığı qadınların əxlaqsız şəkillərini telefonuna yükləyirdi. Həmin şəkilləri arvadı Röyaləyə göstərərək "qadın belə olar, sən bunların əlinə su tökməyə yaramırsan” deyirdi. Onu təhqir edib döyürdü. Bir neçə dəfə Röyaləyə Səlimdən boşanmasını məsləhət gördüm. Röyalə isə övladlarının azyaşlı olmalarını, boşanacağı halda onların ortalıqda qalacaqlarını əsas gətirməklə razılaşmadı. Səlim tez-tez spirtli içki içərək evə gəlib Röyaləni döyürdü. Bütün bunlar onlar boşanana qədər davam edib”.
S.Əsədovun qardaşı Kərim Əsədov bildirib ki, Səlimlə Röyalə boşandıqdan sonra aralarında mübahisə yaradan əsas səbəb alimentin vaxtında ödənməməsi olub: "Qardaşımın iddia etdiyi kimi Röyalənin əxlaqsızlıq etdiyinə dair bir hadisəyə şahid olmamışam. Sadəcə keçmiş həyat yoldaşının işə gedib-gəlməsi Səlimdə qısqanclıq yaradırdı”.
Övladları da anası və atası arasında həmişə dava-dalaş olduğunu təsdiqləyiblər. Mərhumun azyaşlı qızı bildirib ki, ataları hətta onların yanında da analarına döyüb, təhqir edib: "Hadisə baş verən gecə anamın səsini eşitdim. Amma qorxduğum üçün otağa girmədim. Qardaşımın da oyaq olduğunu gördüm. Qardaşım dedi ki, atam anamı döyür. Mən də dedim ki, yataq, sonra bizi də döyər”.
Qışqırıq səsindən yata bilməyən uşaqlar evlərinə polis gələndən sonra biliblər ki, ataları analarını boğaraq öldürüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səlim Əsədov 16 il müddətə azadlıqdan məhrum edilib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Məhkəmə
FHN Hospitalının baş həkiminə hökm oxundu
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!