AzTV-nin rəhbəri işdən çıxarıldı - SON DƏQİQƏ

AzTV-nin rəhbəri işdən çıxarıldı - SON DƏQİQƏ
Загрузка...
 "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.  İnterpress.az-ın əldə etdiyi özəl məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Onun yerinə AzTV-nin efirində gedən "Günün nəbzi” və "Həftə” analitik proqramlarının aparıcısı olan Rövşən Məmmədov təyin olunub.
Bu barədə rəsmi qərarın birazdan yayımlanacağı gözlənilir. 
 +++++++
Prezident İlham Əliyev Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Загрузка...
Загрузка...

Xəbər lenti