"Azərpoçt" baş redaktorun şikayətini Avropa Məhkəməsinə göndərmir

Загрузка...
Dövlət əlehyinə çağırışlarda ittiham olunaraq məhkum edilən Criminal.az saytının baş redaktoru Anar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət heç bir əsas olmadan "Azərpoçt"un PDM-ində saxlanılır. Bu barədə baş redaktorun özü məlumat verib.
Jurnaslistin sözlərinə görə, şikayətlər təyinat ölkəsinə göndərilmir: "Yəqin ki, sonra itirildi kimi rəsmiləşdirəcəklər. Azərbaycan Höküməti İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 34-cü mafdəsini kütləvi şəkildə pozaraq, ərizələrin AİHM-ə göndərilməsinin qarşısını qanunsuz olaraq alır. Məktublarının qanunsuz saxlanılması ilə bağlı rəsmi şikayət edəcəyik".
Загрузка...
Загрузка...

Xəbər lenti