Maşın qadını vurub öldürdü

Maşın qadını vurub öldürdü
Загрузка...

 Bu gün gecə Azərbaycanın Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1979-cu il təvəllüdlü Gülşahnaz Məlikqızı naməlum maşın tərəfindən vurulub, sürücü hadisə yerində qaçıb. Ağır vəziyyətdə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. O, səhər saatlarında xəstəxanada ölüb.  

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

Criminal.az

Xəbər lenti