Azərbaycanlı killerin planlarını “Mossad” aşkarladı

05 Noyabr 2021, 15:34
05 Noyabr
2021
15:34
1668
Kiprdə sentyabrın 27-də həbs olunan, Rusiya pasportu daşıyan və israilli biznesmenləri öldürmək üçün bu ölkəyə göndərildiyi bildirilən 38 yaşlı azərbaycanlı killerin işi üzrə yeni sensasion məlumatlar açıqlanıb. virtualaz.org xəbər verir ki, noyabrın 1-də Kipr məhkəməsi onun barəsində həbs qətimkan tədbirini növbəti, səkkizinci dəfə uzadıb. Bu, rəsmi ittiham irəli sürülməmiş şübhəlinin barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair görünməmiş təcrübədir. Və Kipr polisinin məhz terror versiyası üzrə istintaq apardığını göstərir.
Xəbər verildiyi kimi, istintaq çərçivəsində həmin azərbaycanlıdan başqa daha beş nəfər həbs olunub. Bir neçə gün əvvəl isə həbs olunanlardan birinin-27 yaşlı pakistanlı yemək kuryerinin Pafos şəhərində yaşadığı evin yaxınlığında basdırılmış "Xtouch Technology Sub Compac” tapançası tapılıb. İş üzrə həbs edilənlərin 4-ü pakistanlı, biri isə 21 yaşlı livanlıdır. Başlıca şübhəli isə yemək kuryeri kimi işləyən həmin 27 yaşlı pakistanlıdır.
Kiprdə nəşr olunan "Politis” qəzetinin əməkdaşı Fanis Makrides "Iran İnternational” saytına bildirib ki, onun polisdəki və xüsusi xidmət orqanlarındakı mənbələri şübhəlilərin barəsində terrorçuluqla bağlı istintaq aparıldığını təsdiqləyiblər. "Biz artıq bilirik ki, İsrail baş nazirinin dəftərxanası bu barədə bəyanat verib, 38 yaşlı azərbaycanlının İranın Kiprdə israillilərə zərər vermək planları ilə bağlı olduğunu təsdiq edib”,-jurnalist bildirib.
"Məsələ artıq üçüncü tapançanın tapılmasına gəldikdə bu o deməkdir ki, ortada həqiqətən təşkil edilmiş nəsə plan olub”,-Makridis əlavə edib.

Jurnalist deyib ki, şübhəlilər Nikosiya, Limasol və Pafos şəhərləri arasında yerdəyişmə ediblər, bir-birləri ilə əlaqə saxlayıblar. Yəni nəsə irimiqyaslı plan hazırlayıblar.
Makridis onu da deyib ki, mənbələri Kiprdə həmin azərbaycanlının yaxalanmasının İsrailin xarici kəşfiyyat xidməti "Mossad” sayəsində mümkün olduğunu deyiblər. "Biz bilirik ki, Kipr polisi 2021-ci il sentyabrın əvvəllərindən Kiprdə olan, müşahidələr aparan və adanın türk hissəsinə gedib-qayıdan 38 yaşlı azərbaycanlının izinə "Mossad”dan daxil olan informasiyadan sonra düşüb və onu müşahidə etməyə başlayıb”,-Makridis deyib.

Jurnalist bildirib ki, şübhəli "öz hədəflərinə çatmaq üzrəykən” polis onu həbs edib.
Makridis killerin hədəfindəki biznesmenlərdən birinin Kipr vətəndaşlığı daşıyan israilli milyarder Tedi Saqinin olduğu barədə məlumatların da araşdırıldığını bildirir. "Mənim mənbələrim bildiriblər ki, əgər bu planının arxasında İran dayanmışdısa deməli Tedi Saqi kimi milyarderi hədəf almaqla daha böyük nəticə əldə edə bilərdi”,-o deyib.
Kipr mətbuatı da azərbaycanlı killerin "Mossad”ın əməliyyat məlumatı sayəsində yaxalandığını yazır. "Cyprus Daily News” nəşrinin yazdığına görə, Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan həmin azərbaycanlının çoxdan İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi məlum idi.

Qəzet onu da yazır ki, İran xüsusi xidmət orqanları Kiprdə israilli biznesmenlərin barəsində məlumat toplamaq üçün yemək çatdırılması xidmətlərinin qeyri-qanuni olaraq topladığı məlumat bazasından istifadə edə bilərdi. Belə ki, yemək çatdırılma şirkətlərində kuryer olaraq istənilən adamı işə götürə bilərlər və bir çox hallarda xarici xüsusi xidmət orqanları öz agentlərini bu şirkətlərə kuryerlərin briqadiri olaraq yerləşdirir. Habelə kuryerlər müştərilərin məlumat bazasını toplayır və onları öz briqadirlərinə təqdim edir, briqadirlər isə məlumat bazasını maraqlı şəxslərə, yaxud xüsusi xidmət orqanlarına verir.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Video, Dosye
MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
Manşet, Dosye
Eldar Mahmudovla Nizami Şirinovun mətbəəsində ölüm - “İNDİGO” HƏLƏ DƏ MTN GENERALLARINA XİDMƏT EDİR…
-
Manşet, Dosye
Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu - VƏ TERROR QRUPLAŞMASININ SİRLƏRİNİ AÇDI...
-
Manşet, Foto, Dosye
Milyarderi öldürməyə göndərilən killer Orxan Əsədova silah verən Tural Əliyev tutuldu
-
Dosye
Azərbaycanlı killerin planlarını “Mossad” aşkarladı
-
Manşet, Foto, Cinayət, Dosye
Kiprə göndərilən azərbaycanlı killerin işi: daha bir silah tapıldı - “BU CİDDİ HADİSƏDİR, SÜBUTLAR TOPLANIB, BİZ SONA YAXINLAŞIRIQ...”
-
Manşet, Cinayət, Dosye
Xanlar Vəliyev mövqeyini niyə dəyişdi? - BİR ZAMANLAR "TƏRTƏR İŞİ"Nİ "NAĞIL" ADLANDIRMIŞDI
-
Manşet, Dosye
“Müstəntiq bacımın telefonuna gizli izləmə proqramı yazıb”
-
Manşet, Cinayət, Dosye
Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - TÜRKİYƏDƏ HƏBS OLUNAN 6 NƏFƏRLƏ BAĞLI MÜƏMMA