Azərbaycanlı jurnalist Moskvada saxlanılıb Azərbaycanlı jurnalist Moskvada saxlanılıb

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb
Загрузка...
Mayın 18-də azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb. O, Rusiyadan deportasiya edilir. Bu barədə məlumatı "Report" İnformasiya Agentliyi yayıb. Məlumatda bildirilir ki, Fuad Abbasov Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır və burada fəaliyyət göstərirmiş. Onun Rusiyadan deportasiya edilməsini buradakı bir neçə azərbaycanlı icması tələb edib. Bu tələblə məhkəməyə də müraciət ediblər. Moskva Məhkəməsi isə mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb.
Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıblar. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir. 

Загрузка...
Загрузка...

Xəbər lenti