Azərbaycanlı iş adamının villasında meyit tapıldı Azərbaycanlı iş adamının villasında meyit tapıldı

Azərbaycanlı iş adamının villasında meyit tapıldı
Загрузка...
Türkiyədə yaşayan azərbaycanlı iş adamının həyətində bağban işləyən şəxs quyuya düşərək ölüb.

BakuPost xəbər verir ki, 57 yaşlı Rəcəb Çelikerin cəsədi İstanbulun Sarıyer əyalətində yerləşən malikanədəki su quyusundan tapılıb.

Cəsəd orada çalışan mühafizəçi tərəfindən aşkarlanıb. 

Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Xilasetmə əməkdaşlarının səyi nəticəsində cəsəd quyudan çıxarılaraq, morqa göndərilib.

Qeyd edək ki, malikanə Azərbaycanlı iş adamına məxsus olduğu deyilsədə, adı açıqlanmır.



Загрузка...
Загрузка...

Xəbər lenti