Azərbaycanlı həkim müdiri olan sevgilisi tərəfindən güllələndi Azərbaycanlı həkim müdiri olan sevgilisi tərəfindən güllələndi

Azərbaycanlı həkim müdiri olan sevgilisi tərəfindən güllələndi
Загрузка...
İstanbulun Avcılar rayonunun özəl tibb mərkəzində azərbaycanlı həkimin yaralanması ilə nəticələnən silahlı insident yaşanıb. "Sabah” qəzetinin verdiyi xəbərə görə, hadisə 6 noyabr saat 01:00 radələrində baş verib.
Məlumata görə, tibb mərkəzinin sahibi Cəlal T. ilə onunla eyni yerdə çalışan Azərbaycan əsilli həkim Aidə A. arasında mübahisə yaranıb. Bu zaman birinci şəxs azərbaycanlı qadını silahla qarın nahiyəsindən yaralayaraq hadisə yerindən qaçmağa cəhd edib. Lakin silah səsini eşidərək tibb mərkəzinə gələn polis əməkdaşları onu yaxalayıblar. Yaralı həkim isə Bakırköy Dövlət Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd olunur ki, Cəlal T. və Aidə.A 4 il birlikdə yaşayıblar. Bu münasibətdən onların 3 yaşında uşaqları da var.



Загрузка...
Загрузка...

Xəbər lenti